DEYİRLƏR..

Naqis anlamaz ki,danlanır niyə,
Düz sözü deyəndə düzə deyirlər.
Sinəni oxlaya bilən kipriyə,
Məhəbbət dilində nizə deyirlər.
*
Qəm batar hərcayi baxan gözlərə,
Mil keçər hər yana axan gözlərə,
Göz məlhəm olmazsa yaxan gözlərə,
Bu gözə göz deyil,cəza deyirlər.
*
Adam var varı yox,məhəbbəti bol,
Adam var düz yola qoymayıbdı qol,
Sevginin dilində ən gərəkli yol,
Sevginin saldığı izə deyirlər.
*
Söz atır dumana çəndən deyənlər,
Sənə ağız büzür qəmdən deyənlər,
Süleyman demişkən:məndən deyənlər,
Səndən də min dəfə bizə deyirlər.
*
Gec-tez düçar olur nahaq pərtliyə,
Diqqət etsə düşməz sevda sərtliyə,
Bu yaşda sevgidə olan səhvliyə,
Səhvlik söylənilmir,qəza deyirlər.

Nazlı Hacılı.
www.kafiye.net