TÖHFƏNƏ SƏNİN..

(“Dağın dağdan ağır gəlir”adlı kitabımdan)

Yenə gülə-gülə telin darandı,
Günəşmi qonubdur çöhrənə sənin?
Qəlbimdə gözəl bir süvgi yarandı,
Bəlkə calaq edim pöhrənə sənin?
*
Ətrafa yayırsan eşq ilhamını,
Paklığın sehrinə salır hamını,
Mənə sırf eləsən bircə anını,
Deyərəm qurbanam töhfənə sənin.
*
Çoxdur sevgimizdə rəng-rəng çalarlar,
Bu rənglər əbədi yadda qalarlar,
Səni əllərimdən dərhal alarlar,
Ötürsəm özünün öhdənə sənin.
*
Demirəm mənimçün çənsən,dumansan,
Mənim pak sevgimə əsil limansan,
Əhdi-peymanıma əgər inansan,
Qoymaram heç gözün üflənə sənin.

Nazlı Hacılı.
www.kafiye.net