BİRGƏLİK..

Durmuşam qarşında bu mən,o da sən,
Hazıram cavaba məndən nə sorsan.
Mən canlı insanam,çən deyiləm,çən,
Lal duram,dinməyəm çəndən nə sorsan.
*
Qur öz tərəzinini eşqi tən götür,
Dünyanın malını,varı bölməyək.
Nəyi bölürsən böl,çoxu sən götür,
Gəl bu birgəliyi yarı bölməyək.
*
Hələ yaşayırıq,nəfəsimiz var,
Gəl suç olanları yaddan çıxaraq.
Qoy başda dayansın inam,etibar,
İnsafı yandığı oddan çıxaraq.
*
Yumaz,yuya bilməz çay ləlik olsa,
Töksən bir okean su birgəliyə.
Bizim bizliyimiz birgəlik olsa,
Dağ da güc gələmməz bu birgəliyə.
Nazlı Hacılı.

www.kafiye.net