BƏXŞİŞ.

Zəng elədin,səsin gəldi,şad oldum,
Bir sözünlə mənə verdin dünyanı.
Bu sevgidən deməyəcəm yoruldum,
Sən ən əziz tənə verdin dünyanı.
*
Elə köçdün könül adlı odama,
Həyatıma eşq ələdin ürəklə.
Özgələri heç nə verməz adama,
Sən dünyanı bəxş elədin ürəklə.
*
Həmin andan dünya güldü gözümdə,
Bütün ömrüm gülüşlərlə bəzəndi.
Sənə qurban bu dünyam da,özüm də,
Sənsiz dünya mənə səhra,düzəndir.
*
Xoşbəxtlikdən dərin bir köks ötürdüm,
Dağıtmaram bu dünyanı qənim tək.
Bəxşişini ondan yana götürdüm,
O bəxşişdə sən də varsan mənim tək..

Nazlı Hacılı.
www.kafiye.net