Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 30 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(40)

İş gününün sonuna yaxın Çingiz özü şöbəyə qalxdı. Könül hələ də iş yerinə qayıtmamışdı.
Çingiz əsəbi halda otaqdan çıxırdı ki, pillələri sürətlə qalxan Könüllə rastlaşdı. Qız onu görən kimi özünü itirdi , addımlarını yavaşıtdı.Günahkar görkəm alıb , astadan:

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  roman.(38)

Nahar fasiləsinə az qalmış Sənubər daxili telefonu qaldırıb:
-Çingiz müəllim , – dedi.
-Bəli, – Çingizin səsi eşidildi.
-Bir xanım təkidlə sizinlə görüşmək istədiyini deyir, amma adı qəbulunuza yazılanların siyahısında yoxdur.
-Eləmi ? Kimdir o xanım ?

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(39)

İlahi, o , nələr eşidirdi?
Könül qadında mənfi rəy yaratmağa müvəffəq olduğunu hiss edib bir az da ürəkləndi.
-Kənardan hər şey gözəl görünə bilər, amma…-çantasından güzgü və dodaq boyasını çıxardı, – amma, daxildə vəziyyət çox fərqlidir, – dodaqlarını al qırmızı boyadı, – mən bir neçə yerə iş üçün müraciət etmişəm, ürəyimə yatanı olan kimi , təcili surətdə buralardan

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. davamı.( 37 )

Çingizin evə həmişəkindən tez gəlişi ananı sevindirsə də, təəccübləndirdi. Oğlunun gecə saatlarında işdən gəlməsinə adət etmiş Xavər xanım sevincini gizlətmədi:
-Nə yaxşı, ay oğul !, – dedi. Sənin üzünə həsrət qalmışam. İşə o qədər aludə olmusan ki, nə evdən xəbərin var, nə çöldən. 
-Bu gün tez gəldim ki, hamısından xəbər tutum, – deyib Çingiz zarafata keçdi.Anasını qucaqlayıb üzündən öpdü, – mənim gözəl

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı.( 36 )

Ertəsi gün qızlar evdən bərabər çıxdılar ; Sevil hansısa mötəbər bir məclisə yollanırmış kimi bər – bəzəkli görkəmdə instituta , Arzu isə həmişəki adi görünüşündə işə yollandı.
Yolüstü şirniyyat dükanından növbənöv şirniyyatlar aldı. İlk məvacibindən şöbənin işçilərini şirniyə qonaq etmək istəyirdi.
İşçilər şöbəyə cəm olduqda Könülün masasına yaxınlaşıb

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı ( 35 )

Onun sözlərinə əhəmiyyət verməyən Arzu daha bir neçə donu nəzərdən keçirdi. Satıcının da məsləhəti ilə anasına xoşrəngli gözəl bir don seçdi . Onu xəyalən anasının əynində təsəvvür edib , gülümsədi .
Sevilinsə qaşqabağı heç açılmırdı ; “ Mən bu geyimlərin heç birini əynimdə təsəvvür etmirəm “ deyirdi. 
Qızın narazılığını görən satıcı :” Sizə daha dəbli , gözəl geyimlər təklif edə bilərəm , – dedi , – amma …onların qiyməti…

Tarih 22 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. 34

Bir anlığa Nübara elə gəldi ki , Zaurun dəryatək dərin baxışlarında boğulub itəcək. Özündən biixtiyar o baxışlarda çapalamağa , nicat yolu axtarmağa başladı.
Tələsik sağollaşıb , artıq dayanacaqdan uzaqlaşmaqda olan avtobusa tərəf qaçdı. Arxa qapıdan içəri keçdi . Pəncərədən boylanıb yenidən Zaura tərəf baxdı .

Tarih 26 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  roman / davamı  33

Sevil Arzuya verdiyi vədə əməl edərək otağından çıxmır , gecə keçənə qədər düsturları , qaydaları əzbərləyir , tapşırıqları yerinə yetirirdi . Bilmədiklərini bacısından soruşub öyrənir , Nübara zəng vurmağı qüruruna sığışdırmırdı. “Nəyim ondan əskikdir ki ? , – düşünürdü, – özünü məndən savadlı görüb niyə qürrələnməlidir ? Yox ! Buna qətiyyən yol vermək olmaz ! Mən öz üstünlüyümü ona sübut etməliyəm ! , – deyib daha böyük inadkarlıqla imtahanlara hazırlaşırdı .

Tarih 26 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  roman  / Devamı 32

Hətta gözlərindən ara – sıra yanağına süzülən damlalardan da xəbərsiz idi . Xəyalında zaman – zaman qurub – yaratdığı xoşbəxtlik sarayı indi kərpic – kərpic sökülüb dağılırdı…Hər şey , hər şey gözlərində mənasızlaşır , dəyərdən düşürdü .” Həyat çox qəribədir , – fikirləşirdi , – ətrafında saysız – hesabsız sevənlərin olar ,sənsə…tək birinin oduna yanarsan. Çoxluğun arasında səni milyon göz axtarar , sənin gözlərinsə tək birini arayar …Bayramlarda , ad günündə gül – çiçək yağışına bürünər ,

Tarih 26 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  roman/davamı  31

Bacısını sevinclə qarşılayan Arzu onu bikef görüb:
-Çox yorğunsanmı ? , – soruşdu , – gəl , əl – üzünü yu , birlikdə şam edək , – dedi .
Sevil daxili sarsıntılarını büruzə verməyib :
-Yox , – dedi , – bir az dincəlmək istəyirəm , – deyib birbaşa öz otağına keçdi.