şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Dərə-təpə, yoxuş, fərqi yox ki, heç…
Kaş sənə gəlməyin yolu olaydı.
Uzadib elinnen tuta bilməkçün,
O ötən günlərin qolu olaydı.
Ayrılığın qoxusu bürüyübdür saçımı,
Sıxışdırıb bir küncə, sanki qırıb qıçımı.
Daha heç istəmirəm, evdən bayıra çıxmaq
İndi artiq olmuşam, səfil, dəli, və axmaq.
Bir balam itkin düşüb, gözlərimin içində,
Ağlamıram yığıram göz yaşımı içimdə.
Yalvarıram Allaha içimdəki qəhərdən,
Azad et məni bir gün, bu şip-şipirin zeherden.
Bahara düşmüşəm doğulan zaman,
Payızdan qorxmuşam ta əzəl gündən.
Titrəyib payızın səsindən yaman,
Ruhumun cövhəri ta, xəzəl gündən.
Qayıt geriyə dön gəl,
Səmani qaytar mənə.
Xoşbəxt keçən günləri,
Zamanı qaytar mənə…
Yat-yat şirin yuxular,
Oyanınca gələrsən.
Sinəm üstə qoxun var,
Qayıdınca görərsən.
Sanma yaşayıram səadət dolu,
Bilki ünvanındır vüsalın yolu,
Gedərək sevgimin qırsanda qolun.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.
Günəşəm, dünyana sığışdır məni
Qoy gəlim qəlbini nura boyayım.
Ulduzam səmadan yığışdır, Səni-
həzin nəğmələrə “şuur”a boyayım.
Doguluram hər sabah günəşin nuru kimi,
Əl atıb arzulara, hörümçək toru kimi.
Alışır düşüncələr həsrətin qoru kimi.
Sənsiz gen durammıram xeyalların özündən
Artıq gizlənənmirəm arzuların gözündən.
Dünya, sənə bir əsirəm,
Qəm yoğurub, dərd kəsirəm.
Çünki, çünki müqəssirəm
Daha məni bağışlama,
Dünya, məni bağışlama…