BİR BALAM İTKİN DÜŞÜB

Bir balam itkin düşüb, gözlərimin içində,
Ağlamıram yığıram göz yaşımı içimdə.
Yalvarıram Allaha içimdəki qəhərdən,
Azad et məni bir gün, bu şip-şipirin zeherden.
Yorulmuşam ilahi, axtarmaqdan balamı
Od vur, yandır kül eyle, ürək adlı qalamı.
Nə qovuşmaq alınmır, nə də, ayrılmaq olmur,
Bu dünyaya sevilsəm onsuzluq yeri dolmur
Düşüncələr tarimar, düşüncələrim səfil
Ölmüşük ikimizdə, məzar üstə qərənfil.
Dimdiyində sallayıb, onu quşlar apardı
Yad ellərə götürüb, vətənsizlik qübardı.
Nə çəkdik, nə yaşadıq, bir ana tək bilirəm,
Yuxularımda onun, göz yaşını silirəm.
Qovuşacağıq deyə, min təsəlli verirəm
Oxşayıb əllərini, gözlərini sevirəm.
Oxşayıb gozlerini əllərini sevirəm.

Aygun Abbas
www.kafiye.net