DÜNYA MENİ BAĞIŞLAMA

Dünya, sənə bir əsirəm,
Qəm yoğurub, dərd kəsirəm. 
Çünki, çünki müqəssirəm
Daha məni bağışlama,
Dünya, məni bağışlama…

Öz-özümə vurulmuşam,
Haqq yolundan burulmuşam.
Müqəssirkən, saf olmuşam
Daha məni bağışlama,
Dünya, məni bağışlama…

Sızlat məni kaman kimi,
Ağlat bulud, duman kimi,
Razıyam lap yaman kimi
Daha məni bağışlama,
Dünya, məni bağışlama…

Aygün Abbas
www.kafiye.net