“OYANINCA GƏLƏRSƏN”

Yat-yat şirin yuxular,
Oyanınca gələrsən.
Sinəm üstə qoxun var,
Qayıdınca görərsən.

Sürüyərsən arxanca,
Qurbandır, saçlarımı.
Bircə an darıxınca,
Düşün qov-qaçlarımı.

Yol aldığın küçəni,
Səhra görüb gəzərsən.
Ağlın səndən köçəni,
Ayrılıq nə, bilərsən.

Ən şirin yuxusan sən,
Gözlərimə əzizim.
Taleyimi yazanın,
Qələmində əl izim.

Vüsalımın siması,
Sevincimin donu ol.
Hicranımın əmması,
Kədərimin sonu ol..

Aygün Abbas.
www.kafiye.net