MƏNİ SƏNDƏN ASAN NƏ?!

Ayrılığın qoxusu bürüyübdür saçımı,
Sıxışdırıb bir küncə, sanki qırıb qıçımı.
Daha heç istəmirəm, evdən bayıra çıxmaq
İndi artiq olmuşam, səfil, dəli, və axmaq.
Sığınıb otağıma sənli günlərimizi,
Yığıb sandıqçalara, solan güllərimizi.
Toxunduğun nə varsa bağlayıram, bükürəm…
Biraz keçir düşünnəm, dəliyəm e…, Sökürəm..
Qaçıram otağımdan güya özümə gələm,
Alınmır e.. qayıdıb, keçmişimizə gəlləm.
Yansıyıbdır hər yerə, xatirələr cağbacağ.
Düşür yadima hər gün, hər anımız çağbaçağ.
Bir şeyi bilirəm ki, Unutmaq nə..?! asan nə..?!
Görmədiyim, bir ip yox, məni səndən asan nə?!

Aygün Abbas.
www.kafiye.net