Doguluram hər sabah

Doguluram hər sabah günəşin nuru kimi,
Əl atıb arzulara, hörümçək toru kimi.
Alışır düşüncələr həsrətin qoru kimi.
Sənsiz gen durammıram xeyalların özündən
Artıq gizlənənmirəm arzuların gözündən.

Gəlmə deyə bilmirəm, gəlsən nə faydası var?!!
Yasaq eşq, məhəbbətin yüz milyon qaydası var.
Vüsalın sonunun da, bir ölüm boydası var.
Sənsiz gen durammıram xeyalların özündən
Artıq gizlənənmirəm arzuların gözündən.

Gələrsən gözlərimin nuru geriyə dönər,
Ruhum dirilib dinər göylərdən mələk enər.
Əllərim əllərinin istisinə söykənər.
sənsiz gen durammıram xəyalların özündən
Daha gizlənənmirəm arzularin gözündən.

Cismim də dözə bilmir danışıb-dinir hər gün.
Ruhunu röyalarda tapıb isinir hər gün.
Könlümü ovudaraq qüruru yenir hər gün.
Sənsiz gen durammıram arzuların özündən,
Daha gizlənənmirəm xeyalların gözündən.

Deyirəm kaş olaydı bir eşq, bir sən, bir də mən.
Can deyib can eşidib bal damaydı dilindən.
iki canda bircə ruh eşqimizə həmvətən.
Sənsiz gen durammıram arzuların özündən,
Daha gizlənənmirəm xeyalların gözündən.

Aygün Abbas.
www.kafiye.net