Kategoriler

Arşivler

Şəfaqət Cavanşirzadə Kategoriler

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 4.

Onunla mənasız danışığımızdan sonra evə getmək istəmirdim. Avtobusa minib hər küçədə qarşımıza çıxan restoranların birinə yaxın dayanacaqda düşdüm, restorana girdim. Sevdiyim yeməkləri bişirməyə həvəsim yoxuydu. Çoxdandı bişirdiyim yeməklər kartof və toyuğun döş ətinin qaynatması olurdu. Pəhriz saxlamırdım, həyat eşqim yoxuydu. On kilo atıb səksən kikoya düşmüşdüm. Etibarın axşam gec gəlməyinə öyrəncəli olduğumdan, nənələrimiz demişkən, ocaqdan qazan asmağın mənası

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 3

Çiynimi atıb ” hmm” eləyə bildim. İndi hirsim yerimdə rahat oturmağıma imkan verməsə də, sakitçiliyimi qorumağa çalışırdım.
– Deməli, iki qardaş 35 yaşlı kişinin q…lə görüşməsini başa düşür.
Etibarın hirslə qabağındakı nazik dəftəri üzümə çırpmağından başa düşdüm ki, onun hirsi məni görən dəqiqədən boğazında düyünlənib qalmışdı, partlayan bomba vəziyyətini almışdı, düyməsi məşuqəsinə etdiyim təhqir olmuşdu. Fərqi yoxdu, haqsız

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 2

Səkinin kənarında gəzirəm, gözlərim işıqforu gözləməyə hövsələsi çatmayan insanların tələskənliyini müşahidə edir. Maşının içindəki sürücülərin dodaqlarını oxumağı zamanla öyrənmişəm.Onsuzda yönlü söz çıxmır ağızlarından. Qırmızını gözləməyən piyadanı haqlı söyən sürücü olmağı mən də istəyərdim. Piyada, sürücü fərqi yoxdur, hamının üzündə mənim simamdan seçilməyən ümidsizlik vardı. Deyəsən, onlar da mənim kimi sevgisiziydi. Niyə bilmirəm, bircə küçəyə çıxanda qarabəxt

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 1

Soyuqluğum, əslində əsəblərimi sakitləşdirmək üçün tapdığım mənasız, heç bir işə yaramayan yöntəmiydi. Təsəvvür edin, halalca ərin var və sən özünü onun arvadı yox, məşuqəsi kimi hiss edirsən. Əminəm ki, mənimlə yatmaq üçün məşuqəsindən icazə alır, bir başında gəzdirdiyi qırx cür dilindən hansı sözlər dürr olub tökülür ki, ayda bir dəfə mənim də başıma sığal çəkə bilsin. Təbii, bunlar hamısı bəhanədir. O, biz iki qadını; mənim tərəfimdən başını sakitləşdirmək üçün, onun tərəfindən

Tarih 6 Ağu 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Hakim əmi, azadlıq! – 2

– Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını saxlamağa məcbur elədi.
Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan. 
Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o isə qızın gözlərində qorxunu oxudu. 

Tarih 6 Ağu 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Hakim əmi, azadlıq – 1

Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa

Tarih 6 Ağu 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Bakirə

Alın yazısına, qismətə inanmırdı. “ İnsan yalnız zövq almaq, xoşbəxt olmaq üçün yaranıbdır ” – deyirdi, ürəyi hansı qadına, qıza isindisə, onlara qarşı fərqli niyyətlərlə addımlar atdı. Atdığı hər addımda sonsuz ümidləri vardı. Səmayə xanım oğlunun dağınıq gözlərindən utanırdı. Zamana tez vaxtda yaxşı qız tapıb evləndirməsə, oğlunun arxasınca türməyə ziyarətə gedəcək günlər uzaqda deyildi, ən pis halda isə, ürəyi yaralı, parçalanmış ana kimi qəbrinin üstə gül qoymaq ehtimalı da var idi. Dəfələrlə oğlundan

Tarih 29 Tem 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Ləkə – 5

Kinonun başlamasına iki saat vardı. Şahnisə bacısının dırnaqlarını pilkalamış, qırmızı lak çəkmişdi. Sonra saçlarını fenlə qurudub, hər gün özünə necə bəzək-düzək verirdisə, bu dəfə bacısı üçün canfəşanlıq etdi. Ən çox bəyəndiyi qırmızı paltonunu, qırmızı papağını Banuya geyindirdi. Özü isə üzünə adi krem də vurmamış, saçlarını sadə yığıb, qara rəngdə papağını, paltosunu geyinmişdi. Banu bacısının bəzənməməyinə təəccübləndi: – Sən niyə belə geyindin?

Tarih 29 Tem 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Ləkə – 4

Uşaqlıqdan elə insanlara vərdiş eləmişdi, incimirdi. Əvvəlki kimi heç kim görməsin deyə hamamda ağlamırdı da. Yaşı əllini keçmiş, ərə qulluq etmək həvəsini çoxdan cavanlıq illərində it-bata salmış qızlara deyilən boğazdan yuxarı duaların Banuya deyilməsi, əvvəlki kimi düşüncələrində çürütmək üçün ilişib qalmırdı…
Bu dəfə hamama güzgünün qarşısına keçib ilk dəfə bacısının pomadasını dodaqlarına sürtmək üçün keçdi. Pomadanın rəngi tünd

Tarih 23 Tem 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Ləkə – 3

Şahnisə qəfildən hamama girəndə Banu əlini üzündən çəkdi. Şahnisə ayıq qızıydı, bacısının üzündəki ləkəni neçə il gözündə böyüdüb, özünü evə həps eləməsi heç cür ona çatmırdı.
– Sən hər şeyi gözündə kiçiltmək yerinə, daha da böyüdürsən. Mənasız bir şeyə görə özünə də, anamgilə də neçə ildi əziyyət verirsən.
Şahnisənin birdən-birə bu cür danışması Banunu təəccübləndirdi, bir az da incidi.