Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 11 Tem 2019 Kategori: Təvəkkül Goruslu

XOŞBƏXT OLACAQ

Sehrkar çubuqdu qələmim mənim,
Yazdığım oxusan hüzur taparsan.
Qələmlə vəhdətdə əməlim mənim,
Sən məni misramda hazır taparsan!

Tarih 6 Tem 2019 Kategori: Təvəkkül Goruslu

DESİNLƏR

Nə yüz yaşayasan, nə də ki, min il,
Halal yaşayasan, düz yaşayasan!
Məqsədə, arzuya olasan nail,
Ayını, ilini yüz yaşayasan!

Tarih 20 Haz 2019 Kategori: Təvəkkül Goruslu

DÜZƏLMİR

Sağdan vuran, soldan vuran çoxalıb,
Nişan alıb kürək busan azalmır.
Vurhavurda ürək yazıq yuxalıb…
Adam olan düzəlmir ki, düzəlmir!

Tarih 7 Haz 2019 Kategori: Təvəkkül Goruslu

OLMUR

Sən məndən nigaran qalma, əzizim,
Ələnib ələyim,göydə xəlbirim!
Qısqanıb günahım alma, əzizim,
Sənsən can sirdaşım, eşqdə əlbirim!

Tarih 16 May 2019 Kategori: Təvəkkül Goruslu

QABARDI

Hər gün əldə qələm “vətən” yazıram,
Vətəndə vətənsiz “vətən” yozuram,
Oxayanı yoxdu, yazıb- pozuram,
Yazmaqdan, pozmaqdan əlim qabardı!

Tarih 15 May 2019 Kategori: Təvəkkül Goruslu

İNCİMƏ

Gözlərim heyrətdən çaş kimi olub,
Ürəyim həsrətdən daş kimi olub,
Vüqarım qeyrətdən boş kimi olub,
Sən məndən incimə, incimə vətən!

Tarih 11 May 2019 Kategori: Təvəkkül Goruslu

ƏSKİLİN

Hər il ömrümüzdən bir yarpaq düşür, 
Qarabağ yarpağı, vətən yarpağı! 
Qəlblərdən könülə odlu ah düşür, 
İşğalda inləyir vətən torpağı!

Tarih 23 Nis 2019 Kategori: Təvəkkül Goruslu

VAR OLMAZ

Dəli külək kimi yaman əsirsən,
Çəkmisən qılıncı, aman kəsirsən,
Hədən inciyirsən, nədən küsürsən,
Bu qədər dərd çəkmək, ahu- zar olmaz!

Tarih 10 Nis 2019 Kategori: Təvəkkül Goruslu

QİSAS SÖYLƏYİR

Bu qədər iztirab çəkmədi heç kim,
Bu qədər heç ölkə tikələnmədi!
Bu qədər şəhidlər əkmədi heç kim,
Namusu, şərəfi ləkələnmədi!

Tarih 9 Nis 2019 Kategori: Təvəkkül Goruslu

QINAMAYIN

Həyatını doya- doya yaşayanlar,
Həyatından bezənləri qınamayın.
Yumşaq-yumşaq sinirləri qaşıyanlar,
Ruha uyub gəzənləri qınamayın!