VAR OLMAZ

Dəli külək kimi yaman əsirsən,
Çəkmisən qılıncı, aman kəsirsən,
Hədən inciyirsən, nədən küsürsən,
Bu qədər dərd çəkmək, ahu- zar olmaz!

Küsmüsən…qara gün geyirəm mən də,
Kədər dürməyini yeyirəm mən də,
Olsam da gecələr, olsam da gündə,
Votsapdan, feysdən mənə yar olmaz!

Yollar ayaqladıq, ömrümüz yarı,
Əfsuslar, gedirik qüruba sarı,
Son bahar zamanı yağdırma qarı,
Don vuran çiçəkdə , məlum , bar olmaz!

Hələki, coşqundu, yazır qələmim,
Şerimi sevənə lütfüm var mənim,
Yaxşı əsərləri xoşdur bəyənim,
Oxumaq, bəyənmək yenə ar olmaz!

Sevdalı baxçamda sənsən eşq gülü,
Qısqanıb qəhr etmə sonalı gölü,
Ömrümə çiçəksən, sinəmdi çölü,
Sevgisiz, sevdasız şair var olmaz!

 

Təvəkkül Goruslu. 23.04.2019.
www.kafiye.net