OLMUR

Sən məndən nigaran qalma, əzizim,
Ələnib ələyim,göydə xəlbirim!
Qısqanıb günahım alma, əzizim,
Sənsən can sirdaşım, eşqdə əlbirim!

İkimiz birlikdə çıxdıqsa yola,
Əbədi yolçuluq edəcəyik, bil!
Sevgi nişanları taxdıqsa yola,
“Nişanla”, qol- boyun gedəcəyik, bil!

Qəzəbi, hikkəni içində boğub,
Yanağa, dodağa göz yaşı süzmə!
Çağladıqca çaxıb, yağdıqca yağıb,
Bir acı qəhərlə aşiqin üzmə!

Xəstənin ağrısı, cəfası varsa,
Tanrının əliylə şəfası da var.
İki sevən qəlbin vəfası varsa,
O eşqin vüsallı səfası da var!

Odur ki, sevirsənm iztirab getməz,
Əzabsız Şirinin Fərhadı olmur!
Nə hicran yox olar, nə həsrət bitməz,
Həsrətsiz vüsalın şah dadı olmur!

Təvəkkül Goruslu. 07.05.2019.
www.kafiye.net