DESİNLƏR

Nə yüz yaşayasan, nə də ki, min il,
Halal yaşayasan, düz yaşayasan!
Məqsədə, arzuya olasan nail,
Ayını, ilini yüz yaşayasan!

Gecələr seyr edib ayı, ulduzu,
Səhəri günəşli günlə açasan.
Qəlbinlə, könlünlə sevib bir qızı,
Məhəbbət saçasan, sevgi saçasan!

Bu dünya lütf edib, edib dəvəti,
Cəmiyyət yaradıb, bəşər eyləyib.
Acgözlər yığdıqca varı, sərvəti,
Dövlətin pikində edam eyləyib!

Odur ki, sevdiyin sənətin ola,
Əməlin ucalda ən yüksək qata.
Bir az da gəlirin , hörmətin ola,
Ölümünə çata, ömrünə çata!

Hələ yaşayırsan ol ki, mehriban,
Töhmət etməsinlər, “əhməd” desinlər!
Dünyanı dəyişib köçdüyün zaman,
Heyif söyləsinlər, “rəhmət” desinlər!

Təvəkkül Goruslu.03.07.2019.
www.kafiye.net