QABARDI

Hər gün əldə qələm “vətən” yazıram,
Vətəndə vətənsiz “vətən” yozuram,
Oxayanı yoxdu, yazıb- pozuram,
Yazmaqdan, pozmaqdan əlim qabardı!

Aylardı, illərdi “vətən” deyirəm,
Yuxuda, röyada “vətən” geyirəm,
Yapışıb ümiddən “vətən” yeyirəm,
Vətən söyləməkdən dilim qabardı!

Sinəsin yarmışam, şırım çəkmişəm,
İçinə girmişəm, səngər tikmişəm,
Gözümü üfüqə, sənə dikmişəm,
Vətənə söykənən belim qabardı!

Təvəkkül Goruslu.16.05.2019.
wwwa.kafiye.net
www.kafiye.net