QİSAS SÖYLƏYİR

Bu qədər iztirab çəkmədi heç kim,
Bu qədər heç ölkə tikələnmədi!
Bu qədər şəhidlər əkmədi heç kim,
Namusu, şərəfi ləkələnmədi!

Sakitcə durmadı torpağın verib,
Yurd səmtə qəhərlə, qəmlə baxmadı.
Kürsülər dalında sinəsin gərib,
Döşünə medallar, orden taxmadı!

Məskəni eyləyib yağı kəndini,
Əkir torpağını, sərvətin çalır.
Millətim düşünüb, tapıb fəndini,
Kərəmi oynayır, diringi çalır!

Lazımsız bayramlar edən millətim,
Nəyin bayramını edir, bilinmir!
“Tərəqqi” yolunda gedən millətim,
Hayana yol edir, gedir , bilinmir!

Təbəssüm eyləyib ekran dalından,
Erməni rişxəndlə “qormamiş” deyir.
Millətim məmnundu məğlub halından,
Başına papaq yox ləçəklər geyir!

İllərdi laflarla işğal bitmirsə,
Ayaqlar altında tapdanır yurdum!
İrəli getmirsə, atəş etmirsə,
Nəyimə gərəkdi qurulan ordum!?

Alınan silahlar susur, köhnəlir,
Gorusdan Şuşaya gedir erməni!
ATƏT-də, ABŞ- da nələr behlənir,
Yeni ərazilər güdür, erməni!

Danışan dilini kəsib “hay”ların,
Özcə qanlarında boğmaq gərəkdi!
İt kimi gəbərdib, edib vayların,
Leşlərin məzara yığmaq gərəkdi!

Alıb Qarabağı, alıb Xankəndin,
Yol etmək gərəkdi İrəvan tərəf.
Başını kilsədə əzib həpəndin,
Qayıtsın yerinə şan, şöhrət, şərəf!

Qəlbimi dağlayır intiqam hissi,
Namus dilə gəlib qisas söyləyir!
Könlümdə səslənir heyratı, cəngi,
Orda çalınmalı bu səs söyləyir!!!

Təvəkkül Goruslu. 10.04.2019
www.kafiye.net