Vaxt var idi gecələr

Vaxt var idi gecələr göy üzünə baxıb səni düşünürdüm. Göydəki ulduzlarda səni axtarırdım. Bütövləşən ayın sifətində səni görməyə çalışırdım. Çünki sən də hardada biryerdə oturub çay içərək damagında siqaret göydəki ayı seyr edib düşüncələrə dalırsan deyə düşünürdüm. Baxışlarımızın ayın simaslnda toqquşdugunu təsəvvür edirdim. Səhərlər havanı sevgiylə içimə çəkirdim. Çünki sən də hardasa biryerdə havaya nəfəsini qatırdın. Günəşi seyr edirdim səhər üfüqdən boylanıb ətrafı şəfəqləriylə bürüdüyü zaman. Çünki o şəfəqlər hardasa biryerdə sənin də üzünə saçırdı. Çünki sən də günəşə bənzəyirdin . Çünki sən də günəş kimi ömrümə şəfəqlərini saçmış, qaranlıq dünyama işıq qatmışdın. Ətrafdakı hərşey mənə səni xatırladırdl. Çünki zatən daima xatirimdə idin. Çünki saatın ötən hər saniyəsi aglımda sən vardın. Həyatıma davam edərkən, işlərimi görərkən fikirlərimdə fon olaraq sənin siman vardı. Ətdafdakı səsləri eşidib reaksiyalar verdiyim zamanlarda belə arxa fonda hər zaman sənun sənin vardı qulaqlarımda…
Səsinu dinləməkdən yorulmazdım… Gözlərinə baxaraq danışmaqdan doymazdlm şəkillərinlə.. Mən səni qarşılıq gözləmədən sevmişdim. Mən səni sevməklə xoşbəxt olmagı seçmişdim . Səni uzaqdan sevməklə , həyatını uzaqdan seyr etməklə yaşamagı seçmişdim. Mən səni sevərkən qarşılıgını düşünmədən sevmişdim. Sadəcə sevmişdim. Səni sevmək mənə nəfəs verirdi. Uzaqda olsan belə həyatda var olman, yaşaman bəs edirdi xoşbəxtliyimə. Mən səni əzab çəkmədən sevirdim. Səni unutmagı nə arzulamır, nə də xəyalıma gətirirdim. Çünki həsrətindən axıtxığım göz yaşları belə çox gözəl idi. Mən o həsrətini belə sevirdim. Səninçün axan gözyaşlarımı da sevirdim. Bir gün o gözgaşlarınln mənim üçün sənin gözlərindən axacagını bilmədən sevirdim səni. Sənə olan sevgimin güzgüdə görünən əks qədər səndə əks oıunacagını bilmədən sevirdim səni. Heç qarşılıq gözləmədən sevirdim səni… Sadəcə sənə aşiq idim və bu eşqlə xoşbəxt oldugumçün sevirdim səni…

Nigarı Şemsi
www.kafiye.net