Və bir gün…

Bir gün qapı açılar.
-Həmid Azəroglu ,azadsız..
Təəccüblə dönüb baxarsan,eşitdiyinə inana bilməzsən,səninlə zarafat edildiyini sanarsan,amma qarşında duran ciddi baxışlar sənə vəziyyətin ciddiliyini anladar.Ayaga qalxarsan,qapıdan çıxarsan..İllərdir bu qapı ardında kilidli qalmışdın,indi isə bu qapıdan çölə çıxırsan,yuxu kimi gələr sənə..Sakitcə irəliləyərsən..Ən hündür darvazadan çölə çıxdıgında illərə qalib gəldiyini hiss edərsən.Zaman keçmişdir ,sən məhkum oldugun illərdə bunun fərqinə varmamsan,amma çöldə hər şey dəyişib..İrəlilədikcə bunun zamanın axışının şahidi olarsan.Sən ilk o qapidan içəri girdiyin yaşında olmuş olarsan öz aləmində,hər şeyi o günkü kimi təsəvvür edrsən.Amma şəhər də insanlar da dəyişmiş olarlar.Zaman hərşeyi dəyişib.Əslində sən də dəyişmisən ,lakin fərqində deyilsən.Zaman səni böyüdüb,içindəki o savunmasız uşaq böyüyüb, indi önyarqılı biri olub.O qorxu gedib içindən ,bir cəsarət sənə hakim olub…Dustaqlıq hər saniyə bir il böyüməkdi.Dustaqlıq hər şeyi ən dərindən düşünməkdi.Dustaqlıq zamanın qiymətini anlmaaq,sənə verilən həyatı sevməkdi..Dustaqlıq insanı öz -özüylə yalnız buraxıb özünü mühakimə edən bir hakimlə üzbəüz qalmaqdı hər gün….


İndi payızdır.Mən gəzirəm xəzan yarpaqların arasında.İlahi ,mən xoşbəxtəm,İlahi mən azadam.İlahi sənə necə təşəkkür edim..İlk getdiyim yer məscid olacaq.Mən məscidə tələsirəm..
Çatdım.Burda heçkim məni tanımır,oturub namaz qılım Allaha şükür edim..


Artıq axşam azanının səsi eşidilir,mən hələ də burdayam.Axı hara gedim.gedəcək yerim ,sıgınacaq kimsəm yoxdur Allahdan başqa..


O gecəni elə məsciddə də keçirtdim sübhəcən namaz qıldım,sübh namazından sonra yuxuya gedib bir də gunəşin şəfəqləri üzərimə işiq saldıgı zaman ayıldım…Məsciddən çıxıb yenə yolla irəliləməyə başladım……
Yolda irəlilədiyim zaman ətrafa göz gəzdirirdim.Hər şey bambaşqa olmuşdu sanki,nə vaxtsa mənə dogmalardan dogma olan bu şəhər yadlaşmışdı. Susqunlaşmışdı elə bil.Ətrafda olan adamlar heçbiri tanış deyildi. Halbuki vaxtilə mən bu şəhərdə gəzərkən rastıma çıxan hər 2-3 nəfərdən biri mütləq tanış olardı.Sanki bambaşqa bir şəhərdəyəm indi ,ətrafımdakı insanların dili də bir başqadı.Hətta yollar da bir başqadı.Hər şey elə çox dəyişilb ki..Zamanın sürətlə necə ötüb keçdiyini,mənimsə öz dünyamda hələ də keçmişdə qaldıgımı indi daha çox hiss edirəm.Hər addımımda bir keçmiş ,bir də indiki zaman arasındaki fərqi düşünürəm.

Yaşadıqlarım beynimdə dolaşır. Ogün…Qaranlıq həyata girdiyim o gün fikrimə gəlir.Qapılar hayküylə açılıb baglandı.Soyuq və qaranlıq otaga daxil oldugum zaman hər şey nə qədər yaddı..İlahi mən ordan yenidən çıxıb dogma oldugum bu yerlərə dönməyi nə çox xəyal etmişəm.İndisə bu şəhər mənə ordan daha yaddı..Bu yadlıq və bu biganəlik,qarşımdan ötənlərin soyuq baxışları məni özümdən alıb keçmiişləər aparırdı.Vaxtilə burdan ötdüyüm o qara gözlü yarimla əl-ələ dolaşdıgımız xoşbəxt dolu o günlərə aparırdı məni. Mən bu yad baxışlardan qaçıb uzaqlara-lap uzaqlara sevgilimin yanina getmək istəyirdim.bu isə zaman səyahəti olardı ki bu da mənim əlimdə deyildi.Sadəcə xəyallarımda gedə biləcəyim yol olan zaman səyahəti….

Nigar Şemsi ..14.04.2018….
“Dustaq ” (2-ci hissə..))….ardı var.
www.kafiye.net