“Dustaq”……(3-cü hissə)

Acmışam..Amma gedə biləcəyim bir yer yoxdu.Hara gedib nə yeyəcəyimi bilmirəm.Mən o qaranlıq dünyaya düşəndə 19 yaşım vardı.Uşaqlıqdan tərkedilmişdim mən.Uşaq evində böyüyüb sonra universitetə daxil olmuşdum və universitetin yataqxanasında qalırdım.Xəyallarım vardı,sevdiyim qızla evlənib xoşbəxt ailə olacaqdıq.Amma fələyin qurdugumuz xəyalları başımıza yıxacagından xəbərsizdik əlbəttə..Xoş arzularla öz sevgimizi yaşarkən” zaman gəlib aramıza girəcək, bizi ayıracaq”- deyə düşünməmişdik heç.Bir gün heç aglimiza gəlməyən bir tufanın gəlib bizim hərəmizi başqa səmtə atabiləcəyini aglimiza gətirmirdik,gənc idik,uşaqlıgımızdan yeniyetməliyə hələ təzə keçmişşdik.Həyat gözümüzdə rəngarəng idi və dünyanın cəfasindan zülmündən xəbərsiz idik..

*Aha burda işçi axtarılır*..Böyük bir marketin qarşısında bir elan yapışdırılması gözümə dəydi.Dərhal dükana daxil oldum.İndi mənim ən ehtiyacım olan şey iş idi .Çünki nə qalmaga yerim vardı,nə də gedə biləcəyim bir kimsəm.tək dostum məni illərdi yalnız buraxmayan kölgəm olmuşdu.Başqa da bir dostum yoxdu mənim.O zaman ən yaxın dostumla həmin gün o günahı etməsəydim bəlkə də mən o qaranlıq dünyaya düşməyəcəydim.Xəyallar yenə alıb məni keçmişə apardı…

O gün ilk o soyuq və qaranlıq otaga daxil oldugumda mənim yanıma peşmanlıq ziyarətə gəldi.Qarşımda durub mühakimə etməyə başladı.Bir – bir olub bitənləri mənim üzümə çırpırdı şillə tək.Xatirələrim və peşmanlıgımla yalnız qalmışdım..Məni bu qaranlıq yerə gətirən o səbəbi hey düşünüb aglayırdım.Gözlərimin önündə canlanan səhnələr mənə qarabasma kimi görünürdü. Dərdim məni ilk günaha sövq etmişdi.Sevdiyim qızın toyu idi.Ətrafdan gələn musiqi səsləri mənə yas səslərindən daha betər gəlirdi.Onun əlimdən çıxmasına özünnü də könlü olmadan başqa birinin ocagına köçməsinə dözə bilmirdim.Neyləyəcəyimi də bilmirdim.Toy səslərini eşitdikcə aglım başımdan çıxırdı Daha çox içirdim.Birdən şəstlə ayaga qalxıb dostumdan maşının açarlarını istədim;
-Rafael,qardaş səndən ilk dəfə bir şey istəyəcəm.Qardaş ölüm dirim məsləsidi köməyinə ehtiyacım var.
-Buyur qardaş nə istəyirsən de.
-Maşınını mənə ver bir günlük,mən Aygünü qaçırdacam,onun özü də istəmədən məcbur başqasına verilməsinə göz yuma bilmərəm…
-Yaxşı qardaş,al açralar sənin olsun,amma ehtiyatlı ol,çox içmisən.Bəlkə mən sürüm maşını?
-Yox qardaş səni də özümlə bəlaya salmaq istəmirəm,sən narahat olma…..

Niki….15.04.2018………….
……”Dustaq”……(3-cü hissə)….

ardı var.

Nigar Şemsi
www.kafiye.net