Qarabag hadisələri balaca bir uşagın dilindən təsvir olunan bu hekayəmi sizlərlə paylaşıram..mümkün qədər vaxt ayırıb oxuyun…

SAXTA ŞAXTA BABA

Uşaqlar Şaxta babanın gəlişini gözləyirlər, mən də gözləyirəm. Şaxta baba, tez gəl sənə arzularımı deyim, axı sən arzuları yerinə yetirirsən. Bir filmdə görmüşdüm, balaca uşaq öz atasını istəyir ,Şaxta baba da gətirir. Mənə də şaxta baba gətirəcək..Atamı, anamı, qardaşımı gətirəcək mənə. Doğuldugum torpaqlara aparacaq məni. Elə darıxmışam ki..Artıq 5 ildir ki , getmirəm oralara. Ordan son gəldiyim gün heç yadımdan da çıxmır, hər gün kabus kimi yuxuma girir o gün.O gün atamı, anamı, qardaşımı gördüyüm son gün idi, elə darıxmışam ki onlar üçün. Şaxta baba tez gəl,onları istəyim səndən, məni onların yanına apar,onlar ordadılar-Qarabağda..orda qalıblar, məni ora apar Şaxta baba. O dəhşətli günün hər gecə yuxuma girməsi bitsin artıq. Atamı, anamı, qardaşımı, Qarabağımızı isəyirəm. 
Biz elə xoşbəxt idik ki..Mənim 3 yaşım vardı o zamanlar.Hər şey yadımdadı,hər şey..Qardaşım indi mən olduğum yaşda-8 yaşında idi, onla top-top oynayırdıq, məni qucağına götürüb birlikdə velosiped sururduk. Elə gözəl mənzərəli yer idi ki, bizim qaldıgımız kənd. 
Mən elə xoşbəxt idim ki…Birlikdə süfrə başında yemək yeməyimiz,gecə atamdan eşıtdiyim nagıllar hamısı,hər şey yadımdadı. Mən elə çox darıxıram ki..Nə olar, Şaxtababa, gəl məni apar o günlərə, bu ayrılıq bitsin artıq….İlahi, mənim necə mehriban, necə gözəl anam vardı, dünyanın ən gözəl xanımı idi. Hardadı bəs indi?! Hardadı anam?! O silah səsləri hələ qulagımdadı.
Gecə yatmışdım, birdən qışqırıq səslərinə ayıldım, aglamağa başladım.Bərk qorxmuşdum.Anam məni qucaqlayıb, “qorxma mənim balam”-deyirdi. Qorxurdum,çox qorxurdum, bərk-bərk anamı qucaqlamışdım.Atam evdə divardan asılan tüfəngi götürüb çölə çıxdı və ondan sonra atamı bir daha görmədim.
Ata..elə darıxmışam nagılların üçün…Hardasan axı ,ata…O gün qardaşım qaça-qaça o biri otaqdan bizim yanımıza gəldi,anam bizim hər ikimizi qucaqlayıb qalmışdı,nə edəcəyini bilmirdi..Çöldə qar var idi,biz günorta qardaşımla qartopu da oynamışdıq,hələ söz vermişdi ki ,sabah da oynayacagıq,amma mən səhər gözümü başqa yerdə açdım, gözümü açanda gördüm ki, Bakıda nənəmgildəyəm. Evimizə getmək istəyirəm deyə çox agladım, aparmadılar. Mən hələ də burdayam. Amma indi Şaxta babaya deyəcəm məni aparacaq evimizə,çox darıxmışam ,ora elə gözəl idi ki..
Mən hər gün bura gəldiyim günün kabusu ilə yaşamaqdan yorulmuşam.O gün anamın qolları arasında ,qarın içində addım səsini eşidir,ətrafdan gələn,qışqırıq,silah səslərini duyurdum.Mən anamın qucagında,qardaşım yanında idi,qaçırdılar,mən də qucaqda onlarla birlikdə qaçırdım,bəs biz hara gedirdik?..Birdən bir silah səsi bizim dayanmamıza səbəb oldu.Niyə dayandıq?Qardaşımın əynindəki ag rəngli üst geyimi gözləniləz anda qıpqırmızı oldu.O yerə yıxıldı,anam bagırdı “Muraaadd”…Məndə anamın qucaginda ona tərəf gəldik,indi onu daha yaxından gördüm,gözlərini yummuşdu,”qaqaş,dur,yerdə niyə yatmısan “demək istəyirdim, səsim tutulmuşdu,mən balaca körpə idim,ətrafda baş verənləri anlaya bilmirdim, amma gördüklərimi unutmamışam,hər şey bircə -bircə yadımdadı və hər gün eyni şeyi təkrar -təkrar yuxuda görürəm.Sonra bir nəfər uzaqdan addım səsləri gəlməyə başladı,anam Muradı elə orda qoyub mənimlə birlikdə yenə qaçmaga başladı,”ana mən axı yatmaq istəyirəm,sənin qucagin şirindı,amma sən qaçırsan mən yata bilmirəm,bu qaçış nə vaxt bitəcək..”Aha dayandıq,bir agacın arxasında dayanmışıq,buralarda çoxlu insanlar var,bəziləri qadın,uşaq,bəziləri də silahlı eybəcər baxışlı kişilərdi.Mən anamın qolları arasından gizlicə ətrafa göz gəzdirirdim .Çox qorxuram,İlahi ,bu nədi?.Bu nə dəhşətli mənzərədi ,Ya Rəbbim.Yerdə uzanan nə qədər adam var,onlar niyə hamısı qırmızı geyniblər?,yoxsa bir yeni oyundu,mən niyə bunun adını bilmirəm?niyə murad mənə öyrətməyib?bəlkə ona görə yerə uzandı o?bəlkə mənə öyrətmək istəyirdi?Nə baş verir axı?Niyə bu kişilər yekə içindən tüstü çıxan qazanları qadınların kürəyinə baglayırlar?,onlar niyə yerə yıxılıb daha qalxmırlar?Bu balaca uşaq niyə agacdan asılıb ?agzında o nədi axı? mən onu balaca olanda anamda görmüşdüm,mən o zamanlar tək onu yeyirdim,bunu axı niyə agacda verirlər uşaga ? 
Biz yenə qaçmaga başladıq ,qarların o xışıltılı səsi gəlirdi,bu anamın addımları idi qarların arasında.Biz hara gedirdik?Yenə bir səs gəldi.Bu dəfə səs lap lap yaxından gəldi.Biz dayandıq.Anam yerə oturdu.Sonra yerlə dizin-dizin getməyə başladı…Yavaş -yavaş ayaga qalxdı,indi daha asta qaçırdı.Gəlib bir təpənin arxasında dayandıq. Yuxarıdakı təpədən çıgırtı səsləri gəlirdi.
Bu nədir belə?yoxsa bu da bir oyundur?Məndən biraz böyük yaşda olan uşaqları bir dəmir borunun içinə salırdı bu silahlı kişilər,indi isə onun agzini bagladılar,niyə axı,bu nədir belə bu borunun ustunə tokurlər?Balaca bir qabda sudu o?Niyə axı?Mən heçnə anlamıram.İndi isə alışmaga başladı boru,və yuvarlanaraq təpədən üzüaşagı buraxıldı. Qışqırıq səsləri,bagırtı səsləri çoxalır. İlahi, mən qorxuram.
Anama baxdım,bu nədi anam yatır?Ana,burda ayaq ustə niyə yatırsan?gedək evmizə….Sakitcə onun şirin üzündən öpdüm,gözlərini açdı,məni daha bərk qucaqladı,və yenə biz qaçmaga başladıq,anamın qolları arasında artıq məni yuxu aparırdı,sadəcə qarlaırn xışıltısıyla gələn anamın addım səslərini eşidirdim…Biz dayandıq,sanki hava işıqlanırdı,nənəmin səsini eşidirdim,o aglayırdı,niyə axı.?Gözümü açdım,anam qıpqırmızı geyinmişdi.”Ana,ana” deyərək onu oyatmaq istəyirdim ,amma o yatmışdı və bir daha ayılmadı.
Mən daha anamı görmədim. Üstündən 4 il keçıb artıq,mən indi birinci sinifdə oxuyuram,ilk dəfədir ki filmlərdə gördüyüm Şaxta babanı canlı görəcəm və mənim ondan tək arzum Qarabaga qayitmaq olacaq…Mən o gecə orda gördüyüm səhnələri sonralar filmlərdə də görürdüm,nənəmlə babam aglayaraq baxıb,sonra anamın adını çəkirdilər və yenə aglayıb məni qucaqlayırdılar.Anlayırdım artıq,anam ,atam və qardaşım gəlməyəcəkdi,amma bir ümidim vardı,filmlərdə uşaqların arzusunu gerçəkıəşdirən, filmlərdə möcüzələr yaradan Şaxta baba mənim arzumu gerçəkləşdirəcək,məni Qarabaga aparacaq,mən onun gəlişini səbirsizlikə gözləyirəm..
Biz uşaqlarla xor səslə şaxtababanı səslədik.:Şaxta baba şaxtacan,hardasan bu vaxtacan.”.Şaxtababa yanında agappaq geyimli nəvəsi qarqızla zala daxil oldu.Mən necə də sevinirəm.Şaxta babaya öz arzumu deyəcəyəm.Birlikdə əyləndik,güldük,mahnılar oxuduq.Nəhayət ki şaxtababa hədiyyələri dagitmaha başladı.Hər uşaqdan nə istədiyini soruşur,onlar da hər hansı bir oyuncaq adı deyir şaxta baba öz qırmızı çantasından çıxardıb onalara istədikləri oyuncagı verir, sıra mənə gəldi.Şaxta baba :hə mənim nəvəm,de görüm sən nə istəyirsən? 
-“Qarabag”
-Nə?
-Qarabagı istəyirəm şaxta baba,filmlərdə görmüşəm sən uşaqların arzusunu yerinə yetirirsən,mənim də ən böyük arzum evimizə getməkdi,atam,qardaşım,anam ordadılar,məni gözləyirlər,şaxtabab məni qarabaga apar.
Zala bir sükut çökdü,müəllimələr susub dayandı,hər kəsin gözləri dolmuş mənə zillləndi.Niyə hamı mənə baxır,çox çətin bir şey istəmişəm?Şaxtababnın da gözləri dolub..O aglayır,gözlərindən düşən yaşlar saqqalını islatdıqca onun rəngi dəyişib qara olur.Nə baş verdiyini anlamıram…
– səni qarabaga aparmaq mənim əlimdə deyil, mənim balam.
-niyə axı?mən filmdə görmüşəm,uşaq Şaxta babadan atasını istəmişdi,o da gətirmişdi.,sən də məni Qarabaga apar.
Şaxta baba susdu.Niyə susdu axi? Hərkəs niyə susub dayanıb?Niyə bayaqkı kimi şənlik deyil,niyə sanki hamı yasa büründü?Bu göz yaşları nədi axı hər kəsin üzündə?
Şaxtababa papagını və saqqalını çıxarıb:- mənim balam mən sənin o filmlərdə gördüyün Şaxta baba deyiləm,mən adi bir insanam,sadəcə sənin yaşda uşaqları əyləndirmək üçün bu paltarı geyinib sizə istədiyiniz oyuncaqları verirəm.Mənim səni Qarabaga aparmaga gücüm çatmaz..
Susdum,agladım..
Axı niyə?Mənim arzularım vardı mən Qarabaga gedib atamla anamı,qardaşımı görəcəkdim…
Mən Şaxta babanın gəlişini necə həvəslə gözləyirdim.Məgər mənim həvəslə gözlədiyim Şaxta baba əslində Saxta baba imiş…İndi mənim qarşımda tək bir məqsədim və tək bir arzum var:”Məni aparan yoxdursa ,Mən böyüyüb Qarabaga özüm gedəcəm…Və o gecə mənim qardaşımı,anamı qırmızı paltara bürüyən iyrənc simalı əclaflara mən də qırmızı paltar geyindirəcəm!”

Nigar Şəmsi……
20.04.2018…
www.kafiye.net