DUSTAQLIQDAN SONRA.

Mənə deyilən sözlər qulagimda əks səda verirdi:azadsız,azadsız…
Keçirdiyim hisslər çox qəribə idi,yuxuda gördüklərimmi təkrarlanırdı?İndi gələn sədaya sevinimmi ,Yoxsa biraz öncə baş verənlərin yuxu olduguna təəssüflənimmi bilmirdim.Yuxu elə çox təsir etmişdi ki mənə,sanki həqiqətən də mən Aygünə sarılmışdım,hətta qoxusunu da hiss edirdim..Ayaga qalxıb qapıya yaxınlaşdım və qapıçı mənə göstərdiyi yolla da qaranlıq dünyanı tərk etdim..Sanki bu hissləri ikinci dəfə yaşayırdım .Bir filmə təkrar baxırmışam kimi təkrar hisslər yaşayaraq mənə yad olan şəhər və insanlar içərisində irəliləyirdim.Yuxuda görərkən hiss etdiyim o heyrətlik duygusundan daha çox gedəcəyim məkandakı görəcəklərimin maragi ustələyirdi hisslərimi bu dəfə.Daha sürətli və daha tələləskən addımlarla yuxuda gördüyüm o dükana gedib çatmaq istəyirdim.Çünki mənə maraqlı gəlirdi ki ,Vəkil kişi dogurdanda mi o dükanın sahibi idi? Və dogurdan da mı o mənə həyan olacaqdı bu yad şəhərdə?Beynimdə olan suallar içində yolumu davam edirdim.Nəhayət gəlib dükanın qarşısında dayandım.Eynən yuxuda gördüyüm mənzərəylə qarşılaşmam məni heyrətləndirirdi ,eyni zamanda da ürəyim sürətlə döyünürdü və məni dükanin içinə dogru aparirdi..Nəylə qarşılaşacagimin boyuk bir maragi içində dükana daxil oldum və ilk qarşıma çıxan işçiyə ixtiyarsiz olaraq:” Bu dükanin sahibi Vəkil kişidirmi ?”_deyə sual verdim.Aldıgım cavab başımı fırlatdı ,sanki az öncə göylərə qalxmaq umidiylə duzəltdiyim qanadlari kimsə goturub sindirb yerə atdi.:-“xeyr,Vəkil kişi kimdi?,mən elə bir inssan tanimiram.”-deyərək soyuq səslə gələn səda dükanı başıma fırlanırdı elə bil..Amma əl çəkmədim ,yenə sual verdim:-” Bəs bu dükanin sahibi balacaboy qarabugdayi kişinin adi nədi ?,yəqin adini untmuşam “-deyərək ozumu sindirmamaq və həm də dükan sahibin adini oyrənmək məqsədiylə kiçik bir umid içində yenə sual verdim.Və yenə aldıgım cavab yerdən goturub düzəldə bilmək umidiylə baxdigim o qanadlari, sanki alib əlimdən təkrar daha cox siniq -siniq edib qarşıma atib hələ bir tapdaladı.:-“Siz nə danışırsız axı? bu dükanın sahibi cavan bir oglandı,adı da Sahildi..”- Cavabi verib sonra da tərs- tərs üzümə baxib- “məni məşgul etməyin,işim var”- deyərək getdi.Yerə çökdüm,əllərimlə başımı qucaqlayib eləcə yerdə qaldım.Nə edəcəyimi bilmirdim.Gördüyüm yuxunun təsiri məni lap dəli etmişdi.O yuxudakı hisslər butunluklə məni əhatə etmişdi və sanki yuxuda gorduklərimi mutləq gercekde de yaşayacagam kimi yəqinlik olan hissi daha məni tərk edirdi.Çiynimə qoyulan əlin sahibindən gələn səslə bu hisslərdən ayilaraq başımı qaldırıb mənə gələn səsə dogru baxdım.Qarşımda hündür,qaraqaş qaragöz, şirin çohrəsi olan oglan dayanmışdı.Əlini çiynimdən götürüb mənə uzatdi,əlindən tutub ayaga qalxdım..

Ardı var

Niki Şems Nigari
www.kafiye.net