şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Danış mənimlə Haqqa könül verdin,deyə əzdilərAcı rəftar etdi düşmən səninləHaqqın yollarına tikan düzdülərSusma ,ay ürəyim,danış mənimlə Susma ki,susmasın ilham mələyim,Dosta qismət olsun halal çörəyimDanış ki,getməsin boşa əməyim,Susma,ay ürəyim,danış mənimlə. Hər dərdi-qüssəni içinə atmaAyın görünməyən üzündə yatmaÜzüdönüklərin yasını tutma,Susma,ay ürəyim,danış mənimlə. Dan yeri sökülər zülmət içindən,Millətim qurtular zillət içindən,Ər oğullar doğar millət içindənSusma,ay ürəyim,danış mənimlə Mən […]
ELE YORULMUŞAM Elə yorulmuşam,elə yorğunam..Ürəkdən güldüyüm yadıma gəlmir.Bu sınaq nə yaman sərt oldu belə,Əzbərə bildiyim yadıma gəlmir. Dünya yaşamalı yer deyil axı,Bəs niyə həyatın sonu yetişmir?Saxtadır,qorxaqdır dostların çoxu,Dar ayaqda yüzdən onu yetişmir… Yaradan əzaba sirdaş yaradıb,Ağır sınaqlarda sıxılan canam.Zərbələr altında bir daş yaradıb,Təpədən dırnağa bir imtahanam. Elə yorğunam ki,elə yorğunam,Elə labirintdi həyat yolları,Biryolluq yanına almaqçün […]
Dönsəm… Sarılıb gecənin səssizliyinəBir axan ulduza qoşulub sönsəm,Yaradıcı gücün qaynağndakıYurduma-yuvama-özümə dönsəm… Bu fani dünyaya hər gəlişimdəDoğmalar içində bir qərib oldum.Əbədi aləmdən qopub düşəndə,Bu fani aləmə qərib doğuldum. Geyinib dünyanın sis-dumanını,Görünən üzümlə yaşayıram mən.7 çalar özlü haqq imanımı–Özümü içimdə daşıyıram mən. Zillənib gözlərim ərşin gözünə,Qırılıb qanadım,uça bilmirəm.Çırpır günahları Göylər üzümə,Sıyrılıb,arınıb,qaça bilmirəm. Sarılıb gecənin səssizliyinəBir axan ulduza […]
Menim Ceyranlara Mənim ceyranlara yazığım gəlirRahat gəzə bilmir yaşıl düzəndəMənim ceyranlara yazığım gəlirPələng hücum edir yalqız gəzəndə. Balası yanında suya gələndəYa bir ovçu pusar,ya da canavar.Otlamaq istəsə gülü-gülşəndəÇalağan şığıyıb qovduqca qovar. Mənim ceyranlara yazığım gəlir,Ürkək baxışları canımı yaxar.O məsum duruşu qəlbimi dəlir.Uzaqdan dolanar,kənardan baxar. O qara gözləri bulaq tək duru,İlahi gözəllik üzümə gülür.Fəqət taleyinin olmaz […]
GÖYLER Göylər səhvlərimi üzümə vururÜrəyim inadla üzümə dururİnan ,olacaqlar gözümə dururSəni anlamağa çalışıram mən. Gözümün yaşı da quruyub dahaİnamım qalmayıb sənlə sabahaBizim bu sevgimiz qalıb AllahaSəni anlamağa çalışıram mən. Qalmışam şübhəli güman içindəÜmidlərim azır duman içindəAğlım süqut edir zaman içindəSəni anlamağa çalışıram mən. Vəfadan yonulmuş qala kimiyəmBağrına xal düşmüş lalə kimiyəmEşqinlə biçarə Leyla kimiyəmSəni anlamağa […]
Yalan və Həqiqət Kim deyir ki yeriməz yalan, ayaq tutsa da?Əsrlərdir yol gəlir ,hərdən “yoxa” çıxsa da. Atası fitnə-fəsad, anası bohtan oldu,Soğandan-sarımsaqdan “gülməşəkər” doğuldu. Hələ beşikdə idi ,qorxusu yoxdu onun,Nə zaman ki dil açdı ,açıldı bəxti onun. Yalan ayaq da tutdu, hələ bir yeridi də,Saçından tutub düzün hər yerdə sürüdü də. Sındırıb əl-qolunu düzü şikəst […]
TEZ SATDILAR Güvənib dost bildiklərimTez satdılar yada məni.Doğmalarım yad oldular,Yadlar saldı yada məni. Namərd vurdu kürəyimdən,Əl üzdüm hər diləyimdən.İmdad umdum taleyimdən,O da verdi bada məni. Nə dözümlü can imişəm,Dərd dağında xan imişəm,Qanqala bağban imişəm,Tikanladı o da məni. Tənha Bulud,,özünə dönHaqqa nişan sözünə dönÖz doğruna ,düzünə dönHifz eyləsin Xuda səni. Tamara Rustamova Tenha Buludwww.kafiye.net
Derya Deyer Tənha bulud şimşək dillə danışarBir gün gedər buludlara qarışarTənha qayıq yad sularda batandaO buludu dəryalardan soruşar Dərya deyər: “məndə qərar tutmadıLəpələndim,sularımda yatmadıBuxarlandı,uçdu,əlim çatmadıSəmalarda mələklərlə yarışar. Tənha qayıq fırtınada qərq olarEnər yelkənləri, yellə sovrularTənha bulud şimşəyində qovrularDamla-damla,buxar-buxar qovuşar. Tamara Rustamova Tənha Buludwww.kafiye.net
Hasretinle Həsrətinlə yana-yana ölən mən,Yanıb-yanıb odu sönmüş küləm mən.Elə öyrətdin ki, sənsizliyinə,Çətin bir də görüşünə gələm mən. Dağdan axan şəlaləydim, qurudum,Zirvələrdə bir qar idim, əridim,Bir çağlayan dağ seliydim, kiridim…Duru göldüm, bulanmışam, liləm mən. Tənha Bulud, dünya sənə qəfəsdir,Dünya özü bir yalançı həvəsdir,Qırıq-kəsik ömür sürdün, ta bəsdir,Gülşənindən ayrı düşən güləm mən. Tamara Rustamova Tənha BULUDwww.kafiye.net
Sükutun səsi Ürəyimin dodaqları pıçıldasaKönlünün qulağına çatarmı bu səs?O uzaq məsafələrinBəhanəsini kəs.YollarınYüyənini dartıb çəkib,ipini ovcuma yığsam.Sükutumla kainatıAyağa qaldırsam,Bu sükutun dəhşətindənQulaqların batarmı ?Qəlbimin qırıqlarını Dəryaların mərcanına ,İncisinə yoldaş etsəm.Bu dünyada özümə yer Tapammadım.Yosun olub bəlkəDəryalarda bitsəm… Zərrə-zərrə qanınahopsam,Xəyalların ,süzülər,durular.Dalsam gözlərininDərinliyinə,Məni ordaGörməsəm,Ruhuma qarışmışRuhundan qopsam,.Yeri var….Yeri var… TAMARA RUSTAMOVA TƏNHA BULUDwww.kafiye.net