GÖYLER


Göylər səhvlərimi üzümə vurur
Ürəyim inadla üzümə durur
İnan ,olacaqlar gözümə durur
Səni anlamağa çalışıram mən.

Gözümün yaşı da quruyub daha
İnamım qalmayıb sənlə sabaha
Bizim bu sevgimiz qalıb Allaha
Səni anlamağa çalışıram mən.

Qalmışam şübhəli güman içində
Ümidlərim azır duman içində
Ağlım süqut edir zaman içində
Səni anlamağa çalışıram mən.

Vəfadan yonulmuş qala kimiyəm
Bağrına xal düşmüş lalə kimiyəm
Eşqinlə biçarə Leyla kimiyəm
Səni anlamağa çalışıram mən.



Tənha Bulud Tamara Rustamova
www.kafiye.net