Hasretinle


Həsrətinlə yana-yana ölən mən,
Yanıb-yanıb odu sönmüş küləm mən.
Elə öyrətdin ki, sənsizliyinə,
Çətin bir də görüşünə gələm mən.

Dağdan axan şəlaləydim, qurudum,
Zirvələrdə bir qar idim, əridim,
Bir çağlayan dağ seliydim, kiridim…
Duru göldüm, bulanmışam, liləm mən.

Tənha Bulud, dünya sənə qəfəsdir,
Dünya özü bir yalançı həvəsdir,
Qırıq-kəsik ömür sürdün, ta bəsdir,
Gülşənindən ayrı düşən güləm mən.




Tamara Rustamova Tənha BULUD
www.kafiye.net