Sükutun səsi

Ürəyimin dodaqları pıçıldasa
Könlünün qulağına çatarmı bu səs?
O uzaq məsafələrin
Bəhanəsini kəs.
Yolların
Yüyənini dartıb çəkib,
ipini ovcuma yığsam.
Sükutumla kainatı
Ayağa qaldırsam,
Bu sükutun dəhşətindən
Qulaqların batarmı ?
Qəlbimin qırıqlarını 
Dəryaların mərcanına ,
İncisinə yoldaş etsəm.
Bu dünyada özümə yer 
Tapammadım.
Yosun olub bəlkə
Dəryalarda bitsəm…

Zərrə-zərrə qanına
hopsam,
Xəyalların ,süzülər,durular.
Dalsam gözlərinin
Dərinliyinə,
Məni orda
Görməsəm,
Ruhuma qarışmış
Ruhundan qopsam,.
Yeri var….

Yeri var…

TAMARA RUSTAMOVA TƏNHA BULUD
www.kafiye.net