TEZ SATDILAR


Güvənib dost bildiklərim
Tez satdılar yada məni.
Doğmalarım yad oldular,
Yadlar saldı yada məni.

Namərd vurdu kürəyimdən,
Əl üzdüm hər diləyimdən.
İmdad umdum taleyimdən,
O da verdi bada məni.

Nə dözümlü can imişəm,
Dərd dağında xan imişəm,
Qanqala bağban imişəm,
Tikanladı o da məni.

Tənha Bulud,,özünə dön
Haqqa nişan sözünə dön
Öz doğruna ,düzünə dön
Hifz eyləsin Xuda səni.


Tamara Rustamova Tenha Bulud
www.kafiye.net