şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Əzizinəm baş oldum
Mən hamıdan baş oldum
Yarım məni güldürdü
Sən gözləri yaş oldun.
Yenə başın özgə diz sorağında,
Gözlərin oynağan göz sorağında,
Ürəyin təzə bir iz sorağında,
Sən nə tez unutdun əhdi-peymanı?
Nahaqdan sən məni günaha salma,
Ümid öldürəndən nə desən çıxar.
Sevgiyə meyl elə,lütfündən olma,
Lütflə yanaşana dağ bata bilməz.
Deyirlər dünyamız düzəlməyəcək,
Nə qədər ağıldan ucada şər var.
Deyirlər dünyamız düzəlməyəcək,
Nə qədər ər ilə yanaşı xər var.
Məmməd kimi bir qayaya söykənib,
Danışıram qayaların dilində.
Mənim dilim günahlardan silkənib,
Sözü deməz bəlaların dilində.
Qoy söyləyim,çatsam da bu yaşıma,
Təzə dəyib alnım əhlət daşına,
İnan,ana ,gündə yüz yol başıma,
Pərvanətək dolansa da yar mənim,
Ana,sənə ehtiyacım var mənim.
Tanrı bir inci kimi bəxş edib cahana səni
Gözəllikdə sanıram dünyada bir danə səni
Kamalındır yetirən şöhrətə,həm şanə səni
Vəfalısan, gözəlim,çəkdim imtahanə səni
Vəfadə tək yetirib gərdişi zəmanə səni.
Yolunda candan keçənə,
Tək adına and içənə,
Eşqdən sənə don biçənə,
Niyə belə vəfasızsan?
O qədər gözəlsən zərif,həm incə,
Tanrı verib qamət,boy Vənəndli qız.
Baxışın can alır,dodağın qönçə,
Dolanım başına qoy,Vənəndli qız.
Düzü düz görməsə gözüm oynamaz,
Sanmayın mən taca,taxta vurğunam.
Nahaq söz deyilse dilim dayanmaz,
Mən haqq carçısıyam,haqqa vurğunam.