NƏ TEZ UNUTDUN..

Yenə başın özgə diz sorağında,
Gözlərin oynağan göz sorağında,
Ürəyin təzə bir iz sorağında,
Sən nə tez unutdun əhdi-peymanı?
*
Yol-izdən yığılmır gözlərin indi,
Az sürün,gedibdir dizlərin indi,
Yanından qaçırsan bizlərin indi,
Sən nə tez unutdun əhdi-peymanı?
*
Qəribə olmusan son vaxtlar düzü,
Yerəmi quyladın pak eşqimizi,
İndi üstümüzdə hamının gözü,
Sən nə tez unutdun əhdi-peymanı?
*
Unutdun bəxtəvər, o xoş günləri,
Bir sevda xətrinə atdın dünləri,
Dandın eşqlə dolu şən mövsümləri,
Sən nə tez unutdun əhdi-peymanı?
*
Tanrı bəxşişinə olmayıb qail,
Gedib hara gəldi edirsən meyil,
Daşdır sinəndəki,yox,ürək deyil,
Sən nə tez unutdun əhdi-peymanı?

Nazlı Hacılı.
9.02.2010.

www.kafiye.net