MƏN HAQQ CARÇISIYAM.

Düzü düz görməsə gözüm oynamaz,
Sanmayın mən taca,taxta vurğunam.
Nahaq söz deyilse dilim dayanmaz,
Mən haqq carçısıyam,haqqa vurğunam.
*
Haqqımdan salaram haqqa asini,
Qoy dadsın açını,şirini bilsin.
Dilindən asaram xalqa asini,
Neyləyim,qoy özü yerini bilsin.
*
Dardan qurtaranmaz dar düşüncəli,
Aqilin əməli əbədi yaşar.
Onsuz da xar olar xar düşüncəli,
Kamil köçəndə də məbədi yaşar.
*
Mənə qələm verib ulu Yaradan,
Nisgili qəlblərdən qaşıya bilim.
İsmətim hifz edir məni qaradan,
Dünyanı ağ günlü yaşaya bilim.

Nazlı Hacılı.
www.kafiye.net