DİLİNDƏ..

Məmməd kimi bir qayaya söykənib,
Danışıram qayaların dilində.
Mənim dilim günahlardan silkənib,
Sözü deməz bəlaların dilində.
*
Söyləmirəm özgə dilə darğayam,
Nə ağzında pendir tutan qarğayam,
Mən dilimi dilim-dilim doğraram,
Dilim dinsə riyaların dilində.
*
Mən dilimi tuş etmərəm yamanla,
Ondan belə yola gedir zamanla,
Öyrətdim ki,sözü desin inamla,
Söyləməsin guyaların dilində.
*
Sənin deyil söz ki çıxdı ta ləbdən,
Heç nə çıxmaz yapışdığın səbəbdən,
Cəza almaz,töhmət almaz ədəbdən,
Dil danışsa həyaların dilində.
*
Qış sıxanmaz könlün, könlü yazlının,
İşə keçməz sözü qeybət bazlının,
Ondan sözü haqq səslənir Nazlının,
Sözü deyir ayələrin dilində.

Nazlı Hacılı.

www.kafiye.net