BAYATILAR..

Əzizinəm baş oldum
Mən hamıdan baş oldum
Yarım məni güldürdü
Sən gözləri yaş oldun.
*
Əzizinəm incidir
Mirvaridir,incidir
Yaxşılar sırasında
Adım lap birincidir.
*
Əzizinəm adına
Rəbbim yetsin dadına
Gözəlliyi,sevgini
Allah verib qadına.
*
Əzizinəm lələm gəl
Həftəyəm gəl,iləm gəl
Ətirim itməyibdi
Mən əvvəlki güləm,gəl.
*
Əzizinəm ələnər
Qəlblər nura bələnər
İstedadı olmayan
Xalqdan şeir dilənər.

Nazlı Hacılı.
www.kafiye.net