Çıxar

Nahaqdan sən məni günaha salma,
Ümid öldürəndən nə desən çıxar.
Sevgiyə meyl elə,lütfündən olma,
Lütflə yanaşana dağ bata bilməz.

Öyrən məhəbbətin qanun-qaydasın,
Əl ver əllərinə ləl tək parlasın,
Namərdlik etsə də hərdən sirdaşın,
İttifaq bağlasan ruhdan din çıxar.

Mərd mərddir, eşqini namərddən almaz,
Əməli salehin müşkülü olmaz,
Zalim yolu azsa fərqinə varmaz,
Aqil yol azarsa önə çən çıxar.

Daim yol üstədir,ömür yol üstə,
Uğurun aparar səni bol üstə,
Qursan həyatını eşq yox,pul üstə,
Hacılı yaşamaz,qəlbindən çıxar.

Nazlı Hacili
www.kafiye.net