Yolçu

Yolu yorub gələn yolçu ,
Dəryanı keçsin , keçməsin ?
Gözündə yaş , sinədə od
Suyundan içsin , içməsin ?

Baxır sahildə daşlara ,
Biri ağdı , biri qara .
Əsasını atıb yana ,
Əyilib seçsin , seçməsin ?

Ağzında tütün acısı ,
Dəlik – deşik yapıncısı .
Fələyin bezi , qayçısı ,
Donunu biçsin , biçməsin ?

Çiynində köhnə heybəsi ,
İçində dərdi , qüssəsi .
Çağırır quşların səsi ,
Bu yerdən köçsün , köçməsin ?

Cavanşir Esger
www.kafiye.net