Oğul itirmiş anama

Fələk vurub heç eylədi ,
Cavan ömrü puç eylədi ,
Köçən, vaxtsız köç eylədi ,
Ağırdı, köçün, ağırdı…

Qaya kimi donub qaldın ,
Tanrı verdi, Tanrı aldı ,
Gözündə dünya qaraldı
Ağardı, saçın , ağardı…

Göz pəncərə , ürək zindan ,
Sevinc , fərəh ötür yandan ,
Dərdin dustaq oldu canda ,
Dağladı, canı, dağladı…

Üzülüb əldən düşmüsən ,
Qarı dünyadan küsmüsən ,
–Ay ana, xəstələnmisən ?
–Yox, bala , içim ağrıdı…

Cevanşir Esger
www.kafiye.net