Aşıq Xanlara

Canım “Ruhani” istəyir ,
Çıxar sazı köynəyindən .
Qanım “ Ruhani “ istəyir ,
Çıxar sazı köynəyindən .

At üstündən qüssə qəmi ,
Döyüş vaxtı , zəfər dəmi ,
Çal, dilləndir sarı simi ,
Çıxar sazı köynəyindən .

Daşı oyat, seli kirit ,
Pərdə – pərdə, kilid – kilid ,
Ruhu uçan canı dirilt ,
Çıxar sazı köynəyindən .

Cavanşirəm , Seyid Xanlar ,
Ötür günlər, itir anlar ,
Qisas deyir nahaq qanlar ,
Çıxar sazı köynəyindən .

Cavanşir Əsgər
www.kafiye.net