Balam

Balam, məndən çıxmayan iş,
Yatıb qalmışam daş kimi.
İsti yorğan – döşəyimdə,
Batıb qalmışam daş kimi.

Ölüyəm, yoxsa, diriyəm?
Yarımcanlardan biriyəm. 
 Yuxuda durub yeriyəm,
Aya tərəf sərxoş kimi.

Qardaş olanı görmüşəm,
Sirdaş olanı görmüşəm,
Yoldaş olanı görmüşəm,
Görəcəyəm qəmdaş kimi?

Yuxudu, ürək yatmayıb,
Vaxtı, vədəsi çatmayıb.
Canım ruhumu satmayıb,
Mələklərə daş – qaş kimi.

Cavanşir Esger
www.kafiye.net