Bir İşıq Dolanır

Bir işıq dolanır canımda bu gün ,
Axır damarımda qan əvəzinə .
Nəyinə gərəkdi qurumuş canım,
Ruhumu götür get, can əvəzinə.

Sözsüz suallara sözsüz cavab var,
Səssiz suallara səssiz cavab var,
Nəyimə gərəkdi sənsiz cavablar,
Bükül suallara , don əvəzinə.

Istərsən xatırla, bacarsan unut ,
Dağılmır sinəmdə qurduğun bu yurd,
Içimdə qiyamət, çölümdə sükut,
Əvvəlim talandı, son əvəzinə.

Işğı ürəkdə yanan dayansın,
Arada bir şirin yalan dayansın,
Yumum gözlərimi, zaman dayansın,
Yüzil ötüb keçsin, an əvəzinə.

Bir işıq dolanır canımda bu gün ,
Axır damarımda qan əvəzinə .
Neynirsən qocalıb , qurumuş canı,
Ruhumu götür get, can əvəzinə.

Cevanşir Esger
www.kafiye.net