Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 25 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD.  roman (57)

Arzu bir söz deməyib, Sevilə yaxın bir yerdə əyləşdi:
-Buyur, səni dinləyirəm, – dedi.
Sevil gözlərini yerə dikib, bir müddət dinmədi.Fikri özünə bəraət qazandırmaq deyildi, özlüyündə hadisələrin ardıcıllığını götür – qoy edirdi.

Tarih 25 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(56)

Arzu işdən evə dönərkən zəngi bir neçə dəfə bassa da, qapını açan olmadı.Qız təşvişlə çantasından açarı çıxarıb tələsik qapını açdı. İşığı yandırıb ətrafa nəzər saldı. Hər şey səhər evdən çıxanda qoyub getdiyi kimi idi. Mətbəxə keçib, plitənin üstündəki qazanın qapağını qaldırdı:

Tarih 25 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(55)

İmtahanın həyəcanı hamı kimi Sevilə də sirayət edirdi. Əsəbi halda dəhlizdə o baş – bu başa gedir, əlindəki dəftərçəni vərəqləyir, düsturları, qaydaları təkrar – təkrar gözdən keçirirdi.Aşağı qiymət almağı qüruruna sığışdırmırdı.
Nəhayət Zaur dəhlizə çıxıb onu və daha iki nəfəri imtahan otağına dəvət etdi. Qız onun tərəfə heç nəzər salmadan, inamla addımlayıb otağa daxil oldu.

Tarih 16 Tem 2018 Kategori: Govhar Rustamova

Həsəd. roman.( 54)

Çingiz işlərinin çoxluğundan evə gec döndü. Pillələri qalxa – qalxa “ Hə , görək anam nə xəbərlə gəlib ? “ düşünsə də , qapını açan olmadı. Belə görünürdü ki, Xavər xanım hələ də geri qayıtmayıb. Çingiz tələsik cibindəki açarla qapını açıb, içəri keçdi. Ev qaranlıq idi. Otaqların işığını yandırıb , ətrafa göz gəzdirdi: “ Qəribədir , – düşündü, – anamdan nə əcəb? Yubanan deyil , axşam düşüb, amma o , hələ də evə gəlib çıxmayıb.”

Tarih 16 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman. ( 53 )

Xavərin ürəyinə elə bil su çilənmişdi. Arzu ilə söhbəti zamanı ürəyindən keçirdiyi “ Kaş adamın belə gəlini olaydı…Kaş ki, Çingiz Könülü deyil, Arzunu bəyənəydi “ fikrini sanki Allah eşitmişdi.
Qadının üzünə razılıq , məmnunluq ifadəsi gəlmişdi. O da həmişə evində, ocağında gəlin kimi görmək istədiyi surəti məhz Arzunun simasında tapmışdı.

Tarih 16 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı(49)

Şənbə günü olsa da, Kamilə yuxudan erkən oyanmışdı. Fikirlər onu rahat buraxmırdı; Nübargildə söhbəti necə, hardan başlayacağını özlüyündə dönə – dönə götür – qoy edir, münasib cümlələr düşünürdü.Hətta , ailənin çox ehtiyac və səfalət içində olduğunu görərsə, ümumiyyətlə bilərzik barədə söhbət etməyəcəyini də fikirləşirdi.Əgər…həyat yoldaşı Zahidin hədiyyəsi olmasaydı…

Tarih 30 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman. davamı(46)

Zaur da , anası da söhbətdən sonra xeyli dinclik tapdılar. Kamilə artıq əvvəlki kimi həyəcanlı deyildi. Onu narahat edən tək bir şey, bilərziyin səssiz – küysüz geri alınması idi. Qızın rüsvay olmasını, müzakirə obyektinə çevrilməsini, nüfuzdan düşməsini birmənalı olaraq istəmirdi. “ Gəncdir , – düşünürdü , hələ çox şeyləri dərindən dərk etmir. İşi elə qurmaq lazımdır ki, adına ləkə dəyməsin. Mənliyi, şəxsiyyəti alçaldılmasın.”.

Tarih 30 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı(43)

Çalışaq , cəhd edək , – Sevil sakit tərzdə cavab verdi, – hər halda , onu itirən kəs, axtarmaq üçün buraya üz tutacaq, – ağıllı görkəm aldı, – demək, biz onunla rastlaşa bilərik.Nə bilmək olar , qismətdirsə, qaytarıb verərik özünə.
Rəfiqəsinin sözləri Nübarı tam qane etməsə də , bir qədər sakitləşdirdi. Əlindəki bilərziyi o tərəf – bu tərəfə çevirdi , dönüb ümidlə ətrafa baxdı. Bilərzik sanki onun əllərini yandırırdı. Qız ondan necə yaxa qurtaracağı barədə düşünür , konkret bir qərara gələ

Tarih 30 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı( 42)

İri büllur meyvəqabını dönə – dönə gözdən keçirdi. Zənnində yanıldığını düşünərək bir neçə dəfə qaba əl də gəzdirdi. Həyəcandan boğazı qurudu , nitqi tutuldu. Özlüyündə “ İlahi , bu nə işdir ? , – düşündü , – bu, necə ola bilər?”.
Əl – qolu süstləşdi , fikri dumanlandı. Halsız vəziyyətdə xalçanın üzərinə çökdü.

Tarih 30 Haz 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.davamı.(41)

Zaurun dəvəti Nübarın ürəyinə yatsa da , anası tərəfdən birmənalı qarşılanmadı.Rəfiqə qızının tanımadığı bir evə getməsinin əleyhinə idi.Bilirdi ki, Kamran da bu işə qol qoymayacaq. Amma gözünün ağı – qarası bircə balasının da ürəyini sındırmaq istəmirdi.Vəziyyətdən cürbəcür çıxış yolları axtarırdı.Münasib vaxt tapıb: