Xatirəm Gizlənir

Xatirəm gizlənir qəlb yaddaşında,
Üzünə toxunur gözün yaşında,
Ömrün bu şaxtalı, soyuq qışında,
Qaranlıq otaqda əridikcə şam,
Darıx mənim üçün, darıx bu axşam.

Qara saçlarına düşdükcə ağ dən
Küsüb incidikcə özün özündən
Qapını üzünə açmadıqda mən,
Ürək arzuları etdikcə edam,
Darıx mənim üçün, darıx bu axşam.

Tənhalıq üstünə hücum çəkəcək,
Kədər gəncliyində beli bükəcək,
Nəğməmiz gözündən yaşlar tökəcək
Sevib sevilməkdən almadıqca kam,
Darıx mənim üçün, darıx bu axşam

Şehla Ramazanqızı
www.kafiye.net