Ağlatma kimsəni nolar İlahi!

Yenicə doğulan körpədən başqa,
Ağlatma kimsəni nolar, İlahi!
Sevincdən yaşaran gözlərdən başqa,
Ağlatma kimsəni nolar, İlahi!

Bala məzarına getməsin ata,
Övlad acısını dadmasın ana,
Ruhun əzilməyin vermə insana,
Ağlatma kimsəni nolar, İlahi!

Qardaşa göstərmə qardaş dağını, 
Bülbülün viranə qoyma bağını,
Qırıb bir körpənin ana bağını,
Ağlatma kimsəni nolar, İlahi!

Ağlasın göydəki kövrək buludlar,
Ağlasın qaniçən, qorxaq, ac qurdlar,
Ağlasın şeytandan törəyən odlar
Ağlatma kimsəni nolar, İlahi!

Müəllif: Şəhla Ramazanqızı
www.kafiye.net