Kategoriler

Arşivler

Nahidə Tağıyeva Kategoriler

Tarih 29 Ağu 2018 Kategori: Nahidə Tağıyeva

İnsaf Ele

İnsaf elə nazlı qəmzəli gözəl.
Düymələ yaxanı açıq qalmasın.
Bir cüt nar gizlənib açıq yaxanda.
Baxanda adamın ağlın almasın.

Tarih 29 Ağu 2018 Kategori: Nahidə Tağıyeva

Nə tez əsdi

Dilim gəlmir sənin üçün var deyəm
Sındırdığın bu könlümü al deyəm
Yol üstəsən getmə sənə qal deyəm
Nə tez əsdi ayrılığın küləyi?
O ayırdı iki sevən ürəyi.

Tarih 29 Ağu 2018 Kategori: Nahidə Tağıyeva

Satılan qadın

Namusu atılıb ayaq altına,
Həyası isməti tapdanan qadın.
İtirilən torpaqda itirdik səni,
Namusu itlərə satılan qadın .

Tarih 12 Ağu 2018 Kategori: Nahidə Tağıyeva

Salamını almazdım

Bilirsənmi ,əvvələr necə idi günlərim.
Hər küçəyə çıxanda səksəkəli gedərdim.
Gözlərim dörd olardı, sağa sola baxmaqdan.
Yamanca çox qorxardım sənlə qarşılaşmaqdan.

Tarih 12 Ağu 2018 Kategori: Nahidə Tağıyeva

Ölmüşəm xəbərim yoxdur

Ölmüşəm xəbərim yoxdur Sən gedəli elə tənbəl olmuşam. Pırtlaşıb saçlarım daraq da batmır Birdəki darağı hərdn əlimə Alıb daramğa maraqda çatmır. Əl vurmuram daha evdə heç nəyə Ev də tör -töküntü lap özüm kimi. Almıram heç nəyi daha vecimə İtim də ulayır ac qurdlar kimi. Hər yer tör-töküntü hər yer dağınıq Səliqə səhmana həvəsim yoxdur […]

Tarih 31 Tem 2018 Kategori: Nahidə Tağıyeva

NE OLUR

Nə olar ay Allah bir gecə yatıb,
Səhər ayılanda baxıb görəsən,
Hələ balacasan,hələ uşaqsan,
Atan da, yaşayır anan da, sənin
Hələ ölməyiblər dərddən uzaqsan.

Tarih 31 Tem 2018 Kategori: Nahidə Tağıyeva

SEN ÇEKME

Sən çəkə bilmərsən mənim nazımı,
Mən gündə min dona girən adamam,
Ağlayıb gözümdən yaş tökən zaman,
Qəfildən qəh-qəhə çəkən adamam.

Tarih 26 Tem 2018 Kategori: Nahidə Tağıyeva

Deyer Deverib

Dəyər verib duymadığın,
Daş qəlbinə qoymadığın,
Heç vecinə almadığın,
O saf eşqi əzmə daha.
O sevgini gəzmə daha.

Tarih 26 Tem 2018 Kategori: Nahidə Tağıyeva

Ele Düşmüsen

Elə düşmüsən ki könlümüə ata
Heç yerdə bir qərar tuta bilmirəm
Od tutub alışıb yanan qəlbimə
Özüm də təsəlli tapa bilmirəm.

Tarih 26 Tem 2018 Kategori: Nahidə Tağıyeva

O Vefasız

Badi -səba, aparıb harayımı .
O vəfasız diladrıma yetirin . 
Son nəfəsdə ,heç olmasa bir dəfə ,
O ,dildarı hüzuruma gətirin.