O Vefasız

Badi -səba, aparıb harayımı .
O vəfasız diladrıma yetirin . 
Son nəfəsdə ,heç olmasa bir dəfə ,
O ,dildarı hüzuruma gətirin.

Deyin saralıbdır, o ahu gözlün
Məhkumdur yatağa, o şirin sözlün.
Batıbdır kədərə o mələk üzlün
O , dildarı hüzuruma gətirin.

Yel qanadlı, quşa dönsün o anda.
Vəfa yoxdur ,yaşadığın cahanda .
Söyləyin qalmışam axır zamanda.
O ,dildarı hüzuruma gətirin.

Nahidə Tağıyeva Qurbanova / 12.06.2017
www.kafiye.net