NE OLUR

Nə olar ay Allah bir gecə yatıb,
Səhər ayılanda baxıb görəsən,
Hələ balacasan,hələ uşaqsan,
Atan da, yaşayır anan da, sənin
Hələ ölməyiblər dərddən uzaqsan.

Dərd əli açmayıb hələ qapını.
Hələ yapışmayıb gəlib yaxandan.
Hələ çəkməmisən ağrı, acını
Hələ çox uzaqsan, hələ çox uzaq
Xəbərsiz o, gələn ayrılıqlardan.

Hələ dadmasın dərdin dadını,
Sən hələ bilmirsən acı dərd nədir,
Hər şey sənin üçün hələ bal dadır.
Elə səsləyirlər şirin adını,
Hələ bu şirinlik səni aldadır.

Hələ xəbərin yox hələ bilmirsən,
Hələ seçməmisən qohum yadını.
Sən hələ bilmirsən dost düşmən nədir?
Hələ tanımırsan dost, tanışını,
Hələ anlamırsan bu həyat nədir?

Hələ, sevimlisi evin eşiyin,
Hələ, ərköyünü hələ nazlısı,
Hələ, də sevimli balası evin,
Hələ, də ən şirin sənsən nəvəsi,
O, qoca babanın qoca nənənin.

Nə olar ay Allah bir gecə yatıb,
Səhər ayılanda baxıb görəsən,
Hələ balacasan,hələ uşaqsan,
Atan da, yaşayır anan da, sənin
Hələ ölməyiblər dərddən uzaqsan.

Nahidə Tagiyeva Qurbanova 27.07.2018
www.kafiye.net