Deyer Deverib

Dəyər verib duymadığın,
Daş qəlbinə qoymadığın,
Heç vecinə almadığın,
O saf eşqi əzmə daha.
O sevgini gəzmə daha.

Nə bir qızda nə qadında
Harda varsa mən adında
Lap yaxında uzağında.
O saf eşqi əzmə daha,
O sevgini gəzmə daha.

Heç bilmədin necə oldu
Harda bitdi,harda soldu.
Neçə dəfə gözlər doldu.
O saf eşqi əzmə daha.
O sevgini gəzmə daha.

Nahidə Tağıyeva Qurbanova / 26.07.2017
www.kafiye.net