Ele Düşmüsen

Elə düşmüsən ki könlümüə ata
Heç yerdə bir qərar tuta bilmirəm
Od tutub alışıb yanan qəlbimə
Özüm də təsəlli tapa bilmirəm.

Hər nəfəs aldıqca yanır ürəyim.
Aldığım nəfəsi uda bilmirəm.
Mənə sən lazımsan sənsən gərəyim.
Sənin yoxluğunu çəkə bilmirəm.

Yad olub evimdə balalrımda,
Elə bil tənhayam yalqız qalmışam.
Səni itirdiyim gündən dünyada
Hamıdan inciyib uzaqlaşmışam.

Heç bir söz təsəlli etmir qəlbimi
Deyilən sözlərdə qəlbimə yatmır.
Elə istəyirəm alam dərdimi
Yanına köç edəm, gücüm ta çatmır.

Nahidə Tağıyeva Qurbanova 25.07.2018
www.kafiye.net