Salamını almazdım,

Bilirsənmi ,əvvələr necə idi günlərim.
Hər küçəyə çıxanda səksəkəli gedərdim.
Gözlərim dörd olardı, sağa sola baxmaqdan.
Yamanca çox qorxardım sənlə qarşılaşmaqdan.

Çırpınardı ürəyim ,fırtınalı dəniz tək.
Qorxardım yıxılmaqdan balaca bir körpə tək.
Qulağım səsksəkədə hər səsdən üşənərdim.
Kimsə toxunsa mənə o saat ürpənərdim.

Atdığım addımları, ürəyimdə sayardım
Evə tez dönmək üçün allaha yalvarardım.
Nadinc uşaqlar kimi oynayıb barmağımla,
Sədəfimi qoparıb ad yazardım qanımla.

Büdrəyərdi ayağım, dolaşıb bir -birinə.
Güclə mən dayanardım yıxılmamaqçün yerə.
Titrəyədi bədənim ,əsərdim əsim -əsim.
Az qalardı qorxudan kəsiləydi nəfəsim.

Təlaşdan çeynəyərdim dilimi, dodağımı.
Özümə gəlmək üçün sıxardım yanağımı.
İtirərdim özümü heç üzünə baxmazdım,
Arada bir sənin də salamını almazdım.

Nahide Tagiyeva Qurbanova 
08.08.2018
www.kafiye.net