Kategoriler

Arşivler

Nazli Hacili Kategoriler

Tarih 18 Haz 2016 Kategori: Nazli Hacili

ELİM VAR MENİM

Ey dostum,her zaman qemlidir üzüm
Heyatım kederli,yaşlıdır gözüm
Derdlidir kelamım,derdlidir sözüm
Yurdu talan olmuş elim var menim

Tarih 18 Haz 2016 Kategori: Nazli Hacili

ZAVALLI..

Məkirli şeytana mələk deyəndə,
Kormuş yəqin sənin gözün ,zavallı.
Şər sənin yolunu qəstdən əyəndə,
Seçəydin sən yolun düzün,zavallı..

Tarih 17 Haz 2016 Kategori: Nazli Hacili

ƏHSƏN

Boşuna yol gedən batar lənətə
Qoy axsın alnından tər,deyim əhsən!
Sinəni sipər et halal zəhmətə
Sən də mənim kimi gər,deyim əhsən!

Tarih 16 Haz 2016 Kategori: Nazli Hacili

YADINA DÜŞÜRƏMMİ

Söyle gülüm tək qalanda,
Qəlbinə kədər dolanda,
Keçmişi yada salanda,
Mən yadına düşürəmmi.?

Tarih 15 Haz 2016 Kategori: Nazli Hacili

ÜZ-GÖZÜNDEN DUYULUR

ÜZ-GÖZÜNDEN DUYULUR İÇİNİN TƏLAŞI ONUN
ELƏ BİL RƏQSƏ GEDİB,OYNAYIR GÖZ-QAŞI ONUN.
**
ÖZGƏNİN SEVGİSİNƏ GÖZ DİKƏRƏK HEY VURUŞUR
ONSUZ MƏĞLUB OLACAQ,HAQSIZDI SAVAŞI ONUN.

Tarih 15 Haz 2016 Kategori: Nazli Hacili

APARIM..

Sənsən gözümdəki,qəlbimdəki sən,
Dolansın belinə qolum aparım.
Adicə bağlama deyilsen ki,sən,
Sğyləyim ,düşəndə yolum aparım.

Tarih 14 Haz 2016 Kategori: Nazli Hacili

MƏKTƏBİM

A doğma məktəbim, doğma məktəbim,
Qəmlənsən qəlbimdən oyularam mən.
Səninlə bağlıdır ilhamım,təbim,
Sən olsan saylara sayılaram mən.

Tarih 13 Haz 2016 Kategori: Nazli Hacili

DÜÇAR ET ALLAH

Qoyma əzab çəkim,əziyyət çəkim,
Möhtacam bir şirin kəlama Allah.
Bəla sayılırsa məhəbbət ,təki,
Düçar et məni bu bəlama Allah.

Tarih 13 Haz 2016 Kategori: Nazli Hacili

BİR GÜN..

Döşünə taxılan gül idim bir vaxt,
Soldurdun,Rəbb hesab soracaq bir gün.
Təkəbbür göstərib dolanma nahaq,
Yaradan dərsini verəcək bir gün..

Tarih 9 Haz 2016 Kategori: Nazli Hacili

ƏR ADAM.

Daş ürəyin yıxacaqdır sənin o can evini,
Hara getsən,arabir insaf elə,an evini,
Kimdeyibdir sənə dərd ver evinə,dan evini,
Adam oğlu ,adam ol,quş dəyişər bölgəsini,
Yada satmaz ər adam ,ərli,halal zövcəsini..