ƏR ADAM.

(Satirik)

Daş ürəyin yıxacaqdır sənin o can evini,
Hara getsən,arabir insaf elə,an evini,
Kimdeyibdir sənə dərd ver evinə,dan evini,
Adam oğlu ,adam ol,quş dəyişər bölgəsini,
Yada satmaz ər adam ,ərli,halal zövcəsini..

Axı söz vermiş idin sevgimizə tən olasan,
Deməmişdin başıma dərd açasan,çən olasan,
Mənə qəm verdin ,özün keyf çəkəsən,şən olasan?
Məhəbbət durna deyildir pozasan cərgəsini,
Yada satmaz ər adam,ərli,halal zövcəsini.

Əqli yüngül belə olma,bir az artır çəkini,
Əkdiyin bic darıdırsa,pozacaqdır ləkini,
Çox uyub özgəsinə,pərt eləmə evdəkini,
Birinə tuş eləyibdir Ulu Rəbb bircəsini,
Yada satmaz ər adam,ərli,halal zövcəsini..

Sanma sən keyf çəkəcəksən,tənədə mən qalacam,
Haldan düşsən qaçacaq o,yenə də mən qalacam,
Niyə bilmirsən axı,bil,sənə də mən qalacam,
Nə zamansa dönəcəkdir o haram döngəsini,
Yada satmaz ər adam,ərli,halal zövcəsini..

Nazlı Hacılı
www.kafiye.net